Beşulduzlu Excelsior Hotel & Spa oteli “PMD Hospitality” şirkətinin mülkyyətinə keçib. Fevralın 1-də bu otelin aktivlərinin yeni sahibi “Excelsior Hotel” MMC təsis edilib.
Excelsior mülkiyyətçisinin dəyişməsi barədə məlumatı Turan-a oteldən təsdiqləyiblər.
“PMD Group” MMC 2013-cü ildə yaradılıb. Qrup kənd təsərrüfatı, emal sənayesi, tikinti, daşınmaz əmlak, bankçılıq və s sahələrdə fəaliyyət göstərir. Qrupa 10-dan çox şirkət daxildir. Həmçinin, Şirkətin “Bank Avrasiya” ASC-nin səhm kapitalında 37,5% payı var.
“PMD Group” Bakıda və ölkənin turizm bölgələrində bir sıra mehmanxana və istirahət obyektlərini idarə edir. Bunlar Shamaxi Palace Shiredil, Naftalan Hotel Qashalti, Dalga Beach Aguapark-dır.