Bank “BTB” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə İdarə Heyəti sədri vəzifəsini icra edən Eldəniz Hüseynovun səhmdarlara göndərdiyi bildirişdə qeyd edilir.
Yığıncağın gündəliyində Bank “BTB” ASC-nin Müşahidə Şurasının tərkibi ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulur.
İclas 20 oktyabr 2025-ci il tarixində, saat 11:00-da bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 ünvanında yerləşən Baş ofisində baş tutacaq. Səhmdarlar gündəlikdəki məsələlərlə bağlı materiallarla Bankın Baş ofisində Təşkilati işlər departamenti vasitəsilə tanış ola bilərlər.
Hazırda Bank “BTB” ASC-nin Müşahidə Şurasının sədri Sadiq Rza, üzvləri Rövşən Fərhad-zadə və İkram Hümbətov, müstəqil üzvü isə Ramin Hüseynovdur.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.73%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.