Türkiyənin “Ziraat Bankası” Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.
Banker.az xəbər verir ki, məlumatına görə, “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ziraat Bankası”nın baş direktoru Hüseyn AydınTürkiyədə keçirdiyi mətbuat konfransında deyib.
Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər.
H.Aydın “Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”, – deyib.
Qeyd edək ki, “Ziraat Bankası”nın Azərbaycanda “Azər-Türk Bank”da səhmləri mövcuddur.
Ölkədəki “Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin “Ziraat Bankası”na məxsusdur.
ELƏCƏDƏ BAX: Exceldə SUBTOTAL və AGGREGATE funksiyalarının tətbiqi