Banker.azın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, Bank sektorunun aktivləri azalıb.
1 rüb ərzində bank sektoru daha çox kiçilmə ilə müşahidə edilib. Belə ki, 2016-cı ilin sonuna bankların ümumi aktivlərinin cəmi 32.4 mlrd. manat olduğu halda, mart 2017 tarixinə bu göstərici 30.4 mlrd. manata düşmüşdür.
Məlumat üçün bildər ki, azalma daha çox öhdəliklər hesabına başa gəlib. Hazırda bankların öhdəlikləri 27 mlrd. manat təşkil edir (2016-cı ilin sonuna 30 mlrd. manat).
Bankların kapitalları isə əksinə, artıb. 2017-ci ilin 1-ci rübünün sonuna əsasən bankların kapitalları 6 mln. manat artaraq 2.6 mlrd. manata çatmışdır.