1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bank sektorunun qısa təhlili

1992-ci ildə “Azərbaycan Respublikasının Milli Bankı” və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunlarının qəbul olunması ilə ölkəmizdə bank sisteminin hüquqi-normativ bazasının əsası qoyuldu. Bazar iqtisadiyyatı şəraitində yaşayan əksər ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edir. Birinci pillədə isə Mərkəzi Bank dayanır. Azərbaycan bank sistemi Mərkəzi Bank və banklardan və digər kredit təşkilatlarından ibarətdir. Kredit təşkilatları olan kommersiya bankları Qanunvericiliyə uyğun olaraq bütün bank əməliyyatlarına həyata keçirməklə bağlı müstəsna hüquqlara malikdir. 1990-cu illərdə həyata keçirilmiş bank islahatları prudensial nəzarətin mərhələli tətbiqi və beynəlxalq standartlara keçidlə bağlı qanunvericiliyin təkmilləşdirilməsini əhatə edirdi. Bu zaman kapital, likvidlik, mənfəətlik, əqdlərin təhlükəsizliyi, müasir texnologiyalar və menecment informasiya sistemlərindən istifadə kimi mövzulara xüsusi diqqət verilmişdir.  

Son illərdə ölkə rəsmilərinin müəyyən etdiyi strateji hədəflərə bank qanunvericiliyinin beynəlxalq qabaqcıl təcrübələrə və standartlara uyğunlaşdırılması, bank sisteminin təhlükəsizliyini və sağlamlığını təmin etmək, bank xidmətlərindən istifadəni genişləndirmək, bank sistemində şəffaflığı artırmaq, bazar intizamını təkmilləşdirmək və bank nəzarəti sahəsinin effektivliyini təkmilləşdirmək kimi amillər daxildir.

Hal-hazırda bank sektorunda 43 bank vardır ki, onlardan 42-si özəl, 1-i isə dövlət bankıdır. Banklardan 22-nin kapital strukturunda xarici kapital vardır ki, 7 bankda bunların miqdar 50-100%, arasında, 13 bankda isə 50%-dən az miqdarda təşkil edir. 2 bank isə xarici bankın yerli filialı hesab olunur.

Bankların yerli filiallarının sayı 36-sı dövlət, 674-ı isə özəl bank filialı olmaqla 710-yə bərabərdir. Yerli filialları olan bankların sayı 39, bank şöbələrinin sayı 152, bankların yerli nümayəndəlikləri 1, xarici bankların yerli nümayəndəliklərinin sayı 4, bankların xarici strukturları 11, törəmə banklar 4, bankların xarici nümayəndəlikləri 7 və ləğv edilməkdə olan bankların sayı 6-dır.

Aşağıda son beş il ərzində bankların, bank filiallarının və şöbələrinin say dəyişikliklərindəki fərqləri izləyə bilərsiniz.

cepiw

Aşağıdakı diaqramlarda isə son 5 il ərzində ölkə iqtisadiyyatına qoyulan kreditlərin həcmini, həmçinin bu sahədə dövlət və ya kommersiya banklarının daha çox pay sahibi olmasını, o cümlədən hazırda (2014-cü ilin birinci rübü ərzində) iqtisadiyyata qoyulmuş kreditlərin strukturunu izləyə bilərsiniz.

vgjg

Bu qrafikdə isə iqtisadiyyatın müxtəlif sahələrinə edilən kredit qoyuluşlarını nəzərdən keçirmək mümkündür, cədvəldən də gördüyünüz kimi ən çox artım inşaat və əmlak sektorunda, daha sonra isə sənaye və istehsal sektorunda müşahidə edilib, belə ki, bu illər ərzində kredit qoyuluşu artıb.

sxcgd

Son xəbərlər
Digər xəbərlər