3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bank tərəfindən yaradılan yeni investisiya şirkətinin rəhbərliyi açıqlandı

Azərbaycanda “MFX-Trading İnvestisiya Şirkəti” ASC adlı şirkət dövlət qeydiyyatına alınıb.

Banker.az xəbər verir ki, İnvestisiya şirkətinin qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayevdir və nizamnamə kapitalı isə 500 min manatdır.

“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin müşahidə şurasının üzvləri Məmmədov İdris Elman oğlu, Səfərzadə İbrahim Ziyad oğlu, Təhməzov Anar Malik oğludur.

Qeyd edək ki, bu şirkət “Muğan Bank” ASC-nin şöbəsinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyata alınıb.

 

Son xəbərlər
Digər xəbərlər