18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda bank və sığorta şirkətinin daşınmaz əmlakı 1 milyon manata satışa çıxarılır

21 sentyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC və “Alfa” Sığorta MMC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,03181 ha torpaq sahəsində yerləşən 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən (ü/s 259.7 kv.m) qeyri-yaşayış sahəsidir. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 1100000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)

Tel: 055-206-66-67

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər