27 fevral 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
Banker.az xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə, ev 53. (Yeni qaydalara AZ1129,Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, 6B) ünvanında yerləşən qeyri-yaşayış sahəsidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 190 000 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası).