10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda Bankdan külli miqdarda pul mənimsəyənlərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən “Zaminbank” ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Zivər Məmmədova təqsirləndirilən M.Bayramov tərəfindən onun adına 213 min 910 manat kredit götürüldüyünü, lakin bundan xəbərsiz olduğunu deyib.

Digər şahid Tamilla Məmmədova isə deyib ki, adına 6700 manat kredit götürülsə də, bu puldan xəbəri yoxdur.

Şahid Həmid Həmidov bildirib ki, təqsirləndirilən M.Bayramov ondan 3 min 500 manatlıq kredit müqaviləsinə qol çəkməsini xahiş edib. Ancaq həmin pul ona verilməyib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı “Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın 41 min 300 manatının ödənişi təmin edilib.

Son xəbərlər
Digər xəbərlər