14 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda bankdan mənimsəmədə təqsirləndirilən sabiq şöbə müdirinə hökm oxunub

“Azərbaycan Beynəlxalq Bankı”ndan mənimsəmə etməkdə təqsirləndirilən sabiq şöbə müdiri Natiq Nüsrətzadənin cinayət işi üzrə yekun məhkəmə prosesi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarına əsasən, Natiq Nüsrətzadə 6 il 6 ay müddətində azaqlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Rauf Malışov onun 8 il müddətindən azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Natiq Nüsrətzadə “Azərbaycan Beynəlxalq Bankı”nda nəqliyyat departamentinin müdiri vəzifəsində işləyib. İttihama görə, o, işlədiyi dövrdə bankın 48 min manatını mənimsəyib. Həmin ziyandan isə cəmi 21 min manatı geri qaytarıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər