13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda bankın əmlakı nizamnamə kapitalını 17 milyon manatdan çox azaldır

ASC “Xalq” bankının əmlakın idarə edilməsi şirkəti olan “Xalq Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldır.

Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitalı 17.400.000 manat məbləğində azaldılaraq 22.600.000 manat məbləğində müəyyən edilməsi barədə qərar qəbul etmişdir.

Cəmiyyətin kreditorları və maraqlı şəxslər Cəmiyyətin Bakı şəh., Yasamal ray., İnşaatçılar pr-ti 22L ünvanında yerləşən ofisinə müraciət edə bilər.

Xatırladaq ki, “Xalq Əmlak” MMC 2021-ci ilin avqust ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Süleyman Bağırov Mirtağı oğludur.

Son xəbərlər
Digər xəbərlər