19 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaqdır.
Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,03181 ha torpaq sahəsində yerləşən 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 259.7 kv.m olan qeyri-yaşayış sahəsidir.
Daşınmaz əmlakın təkrar hərracdakı satış qiyməti 1100000 manatdır.
Əmlakın 21 sentyabr 2022-ci il tarixində keçirilən ilkin hərracı baş tutmamışdır. Təkrar hərrac 19 oktyabr 2022-ci il tarixində saat 11:00-da keçiriləcəkdir. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27-dir. (“AVİS” aptekin arxası).