23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda bankın daşınmaz əmlakı 1.1 milyon manata satışa çıxarılır

19 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaqdır.

Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,03181 ha torpaq sahəsində yerləşən 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 259.7 kv.m olan qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın təkrar hərracdakı satış qiyməti 1100000 manatdır.

Əmlakın 21 sentyabr 2022-ci il tarixində keçirilən ilkin hərracı baş tutmamışdır. Təkrar hərrac 19 oktyabr 2022-ci il tarixində saat 11:00-da keçiriləcəkdir.  Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27-dir. (“AVİS” aptekin arxası).

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər