12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda bankın direktor müavini qəzada dünyasını dəyişib

Dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobilin vurub öldürdüyü Süleymanlı Ləman Rafiq qızı banklardan birində yüksək vəzifədə çalışırmış.

Banker.az mənbəyə* istinadən bildirir ki, L.Süleymanlının “AzərTürkBank”da direktor müavini vəzifəsini tutdubmuş. Hadisə o, işdən evə qayıdarkən baş verib.

Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o tutulub.

©Publika.az

Son xəbərlər
Digər xəbərlər