2017-ci il yanvarın 1-nə Azərbaycanda banklar tərəfindən 2,454 min ədəd bankomat quraşdırılıb ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 8,9% azdır. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Yanvarın 1-nə Bakıda 1,322 min ədəd (azalma 12%), regionlarda 1,132 min ədəd bankomat (azalma 5%) quraşdırılıb.
AMB-nin məlumatına görə, 2016-cı ildə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə yanvar ayının əvvəlinə onların sayı 71,806 min ədəd (azalma 10,6%) təşkil edib.
Bununla yanaşı, Bakıda 40,518 min ədəd (azalma 17,2%), regionlarda 31,288 min ədəd (azalma 0,2%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 70,913 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,8%-i quraşdırılıb.