10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklar bankomatların sayını 3,4% artırıb, pos-terminalların sayını 3% azaldıb

1 sentyabr 2019-cu il tarixinə Azərbaycanda banklar tərəfindən 2,588 min ədəd bankomat quraşdırılıb ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 3,4% çoxdur. Bu barədə  Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Sentyabrın 1-nə Bakıda 1,384 min ədəd (hesabat dövründə artım 4.2%), bölgələrdə 1,204 min ədəd (artım 2,6%) bankomat quraşdırılıb.

2019-cu il sentyabrın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 64,133 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 3% azdır.

Bununla yanaşı, Bakıda 38,447 min ədəd (azalma 1,32%), regionlarda 25,686 min ədəd (azalma 5,4%) pos-terminal quraşdırılıb.

Pərakəndə ticarət obyektlərində 62,707 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,8%-i quraşdırılıb.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər