Milli Məclisin dekabrın 27-də keçirilən iclasında “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanun layihəsi müzakirə olunub.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 2014-cü il yanvarın 1-dən etibarən 1 il müddətinə gəlir vergisindən azad edilməsini nəzərdə tutur.
Z.Səmədzadə bildirib ki, bu qanun 60 milyon manat vəsaitin əhalidə qalmasına imkan verəcək: “Azərbaycanda əhalinin banklarda 6 milyard manatdan çox əmanəti var. Bundan il ərzində 600 milyon manat gəlir götürülür. Fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizilərin gəlir vergisindən azad edilməsi ilə 50-60 milyon manat vəsait əhalidə qalacaq”.
Qanun layihəsi qəbul edilib.
Trend.az