Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 mart 2019-cu il tarixinə olan bank icmalında deyilir.
Ötən ilin müvafiq dövründə isə bank filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Belə ki, 2018-ci ilin analoji dövrüylə müqayisədə 2019-cu ildə 2 bank filialı, 7 şöbə, 80 ATM istifadəyə verilib.