Azərbaycanda banklar istənilən halda ödəyiciyə tapşırığın icrası haqqında bildiriş verməli olacaqlar.
Bununla bağlı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Hazırda qüvvədə olan qanuna görə, banklar ödəyici tələb edərsə, ona tapşırığın icrası haqqında bildiriş verirlər.
Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.