9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklar sosial kartlara mədaxili saxlayır

Azərbaycanda 1 iyuldan etibarən pensiya, təqüd və müavinat kartlarına (sosial kart) əlavə vəsaitlərin mədaxilinə məhdudiyyət qoyulduğu bildirilir.

Banklar isə bunun 1 avqustdan başlayaraq bu məhdudiyyətin tətbiq ediləcəyini qeyd edirlər.

Lakin, bankın sosial kartlara məhdudiyyət qoyması nə qədər doğrudur?

Əslində pensiya, müavinət və təqaüd kartlarının təyinatı dövlət tərəfindən bankın vasitəçiliyi ilə gerçəkləşir. Bu plastik kartlar vasitəsi ilə nağdlaşdırmada heç bir komissiya tutulmur, bu kartlar bir çox güzəştlərə sahibdir. Hətta hazırkı dövrdə Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə açıqlamasında bildirilib ki, koronavirus (Covid-19) pandemiyasına ölkədə tətbiq edilən karantin rejimi səbəbindən artıq bu kartın sahibləri bütün bank ATM-lərindən komissiyasız nağdılaşdıra bilərlər.

Əlavə olaraq, sosial kartların maliyyə monitorinqinə nəzarət edilmir ki, burada da vergidən yayınma və s. kimi əməliyyatların qarşısının alınmasında nəzarət imkanı artıq əlçatan olmur.

Yəni, kartın təyinatı dövlət tərəfindən həmin pensiya, təqaüd, maaşların onlara düşən ödənişləri əhatə edə bilər. Əgər, vətəndaş nağdsız əməliyyatlardan yararlanmaq və ya digər karta pul köçürmə əməliyyatları həyata keçirmək istəyirsə ölkə ərazisində fəaliyyət göstərən 28 bankın hər birindən bu kartlardan sifariş verib istifadə etmə hüququ vardır.

Bəs bank nə deyir?

Bank sektorundan bildirilir ki, təqaüd və əmək haqqı kartlarına kənar mədaxillərin bağlanması, müştərilərin kartlarının təyinatı üzrə imkanlarını məhdudlaşdırmır.

“Əgər müştəri əmək haqqı və təqaüd kartlarına əlavə vəsaitlərin mədaxil olunmasını istəyirsə, bunun üçün filiala müraciət edib, qanunvericiliyin tələblərinə uyğun olan müvafiq sənədləri imzalamalıdır”- deyə, bank əməkdaşı deyir.

Digər bir məlumatda bu addımın banka atılmasının Mərkəzi Bank tərəfindən göstəriş olduğu qeyd edilir. Bunun isə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziryinin xahişi olduğu deyilir. Mərkəzi Bankdan isə bu məhdudiyyətin onlar tərəfindən göstəriş olmadğını bildirib.

Ekspert bunu doğru saymır

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə bu addımı “doğru bir yanaşma” saymayıb. O.Gündüz deyir ki, “belə qadağa kart sahibləri və ümumiyyətlə biznes mühiti üçün də xoşagəlməz situasiya yaradır”.

“Bu addımla kart sahibi üçün imkanlar xeyli məhdudlaşır, kiminsə hətta nağd pulu ödəmə terminalları ilə kart sahibinə göndərməsinin qarşısını qalır.

Bu məhdudiyyət nağdsız əməliyyatlara, ümumiyyətlə rəqəmsallaşmaya maneçilik yaradır. Kart sahibini oflayn əməliyyatlara sövq edir, vətəndaşlar arasında təması artırır.

Adı çəkilın məhdudiyyət bu tip kart sahiblərinin əlavə gəlirlər qazanmaq, onlayn alış-verişdə iştirak  imkanlarını da məhdudlaşdırır.

Belə ki, bu kartlardan istifadə etməklə onun sahibləri və müxtəlif startaplar birgə əməkdaşlıq qura bilərdilər” deyə Osman Gündüz qeyd edib.

 

Son xəbərlər
Digər xəbərlər