-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda banklar tərəfindən nağd dollar alışı azalıb, satış isə artıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

Statistikaya görə, 2019-cu ilin iyun ayında banklar tərəfindən nağd 141 milyon 843 min dollar alınıb, 179 milyon 433 min dollar satılıb. Ötən ilin iyun ayında isə banklar tərəfindən 148 milyon 523 min dollar alınıb,  167 milyon 597 min dollar isə satılıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin aprel ayında dolların alışı 5% azalıb, satışı isə 7,1% artıb.

İyun  ayında banklar tərəfindən 17 milyon 042 min avro alınıb, 28 milyon 293 min avro satılıb. Ötən ilin analoji dövrüylə müqayisədə bu il banklar tərəfindən alınan avronun sayında 44% azalma, satışında isə 41% azalma müşahidə olunur.

Həmçinin banklar tərəfindən 2019-cu ilin iyun ayında 420 min funt sterlinq alınıb və 2,114 min funt sterlinq isə satılıb. .

 
Son xəbərlər
Digər xəbərlər