8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklar tərəfindən dollar satışının həcmi kəskin artıb

Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatların həcmi ilin əvvəli ilə müqayisədə son aylarda artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabata istinadən xəbər verir.

Məlumata görə, yanvar ayında banklar tərəfindən 62,84 milyon ABŞ dolları aldığı halda, ilin 10-cu ayında bu rəqəm artaraq 165,13 milyon dollara kimi artıb. Məlumat üçün bildirək ki, banklar tərəfindən dollar alışı ilin avqust ayında qeydə alınmışdı. Belə ki, həmin ayda təqribən 2 milyard dollara yaxın idi.

Banklar tərəfindən dollar satışının həcmində də artım müşahidə edilir. İlin əvvəlində banklar 130,3 milyon dollar satdığı halda ilin oktyabr ayında bu rəqəm 2 dəfəyə yaxın artaraq 202,51 milyondan çox dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin 10 ayı ərzində  Azərbayan bankları tərəfindən cəmi 1 milyard 276,13 milyon dollar satışı olub. USD/AZN üçün 10 ay ərzində orta məzənnə isə 1,7194 səviyyəsində olub.

Untitled

Son xəbərlər
Digər xəbərlər