9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklar yarım milyard manata görə palataya müraciət edib

Azərbaycanda bankların kapitallaşma prosesi hələ də davam edir.  Hazırda bankların investorları tərəfindən 0,4 milyard manat həcmində səhm emissiyası ilə bağlı Palataya müraciət daxil olub.

Bununla bağlı məlumat Nazirlər Kabinetinin 2017- cı il hesabatında bildirilib.

Qeyd olunur ki,  səhmlərin qeydiyyat prosesinin 2018-cı ilin əvvəllərində bitməsi nəzərdə tutulub. Eyni zamanda sektorda ilkin konsolidasiya meyilləri müşahidə edilib. 2017- cı ilin 1-ci yarısında “Caspian Development Bank” ASC-nin “Atabank” ASC-yə qoşulması prosesi tamamlanıb. Kapital kəsrini bərpa edə bilməyən “DəmirBank” ASC-nin lisenziyası isə geri çağırılıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər