13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda banklara inam nə qədərdir? – Blogger sorğu aparıb

Aparılan sorğum buna əsas verdi ki, bir çox insanlar əmanətlərini banklara etibar etmir. Bu amil nə ilə bağlıdır? Banklar niyə öz etibarını itirib? Aşağıdakı cavablara nəzər salaq:

Asif Əliyev: Mən banka pul qoymaram. Səbəb qonşum qoyduğu pulunu bank ləğv olunsa da hələ də ala bilməyib. Hər dəfə müxtəlif orqanlara şikayət etsə də xeyri yoxdur.

Samir Mustafayev: Banklara qoyulan pullara zənanə verilsə də, onun geri alınması üçün şərtlər çox qəlizdi. Yəni qoymaq asan, amma öz pulu almaq bəzi hallarda mümkün olmur.

Fariz Hüseynov: Azərbaycanda banklarda rəqabətlilik yoxdur. Qoyulan vəsaitin üstünə illik faizi azdır. Buna əsasən də, qara bazara vəsait etibar etmək daha sərfəlidir.

Şakir Həsənov: Banklar əhalinin sadövliyindən o qədər sui istifadə ediblər ki, artıq heç kəs banka etibar etmir.

Saleh Ələsgərov: Banklar palatanın dediyini şifahi edir. Qanunvericilk baxımından yanaşanda, onların etdikləri hərəkət düzgün deyil. Bəzən elə zənn edirlər ki, müştərinin hesabındakı vəsait onların özlərinin dədə malıdır və istədikləri kimi ondan istifadə edə bilərlər.

Firuzə Səmədova: Banklarda təhlükəsizlik aşağı səviyyədədir. Dəfələrlə mənim kartımdan pul çəkilib. Şikayət etdikdə, xeyri olmur. Belə halda düşünürsən ki, bunu edən özləridir yoxsa tədbir görərlər. Buna görə, kartda da pul saxlamıram. Vergilər Nazirliyi isə nağdsız hesablaşmalarla bağlı maarifləndirici tədbirlər aparınca, birinci palata və banklarla birgə bu işi həll etsinlər.

Yaddulla Əliyev: Dünyanın bir sıra ölkələri var ki, orada bütün alış verişlər elektron formada edilir və banklar tərəfindən elektron ödənişlərə bank zəmanət verir. Əgər hər hansı narazılıq olarsa, müştərinin xeyrinə həll olunur. Bizdə isə, müştəriyə deyillər ki, get hara istəyirsən şikayət et. Biz sənə kağız üzərində zəmanət veririk.

Vasif Abdullayev: Adi bir kredit müqaviləsi bağlayanda və vəsaiti götürəndən sonra, o qədər adam peşman olur ki, niyə mən kredit götürdüm. Bir kredit məbləğin 2-3 dəfə sənə ödətdirirlər. Elə bir fırıldaqçılıqlara əl atırlar ki, bəzən sübut etmək qəliz məsələyə çevrilir. Belə olan halda banka mən necə inana bilərəm?

Daşqın Həmidov: Banklar öz etibarını qazanmaq əvəzinə getdikcə itirir. Bunun bir çox səbəbləri var. Banklar kredit verdikdə yüksək faizin qoyması, depozit fazlərin aşağı olması və o faizin müştəri tərəfindən alına bilməməsi, müqavilədə yazdıqlarını əməl etməməsi və sair. Ümumiyyətlə bu gün əhali pulu əldə saxlamasına və ya mülk almağa üstünlük verir. Biznesin qurulması üçün pulun qoyulması çox azdır səbəb etibarın olmamağı. Yəni bu gün mən biznesə pul yatırsam və onu inkişaf etdirsəm, arxalı bir adamın onu məndən almaq ehtimalı daha yüksəkdir. Buna əsasın də, pulu olan banka vəsaitini etibar etmir və ya sair işlərin görülməsi üçün onu qoruyacaq bir amilin olmasına inanmır. Banklar etibarını özünə qaytarmaq üçün birinci növbədə qanunlara riayət etməlidir. Soyğunculuğa son qoymalıdır, bundan sonra digər işləri düzəltmək asandır.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər