13 C
Baku
Wednesday, April 30, 2025

Azərbaycanda banklara “yaşıl” və dayanıqlılığa dair yeni tələblər qoyulacaq

Bu il Azərbaycan banklarında Kredit Risklərinin İdarə Edilməsi Qaydasına və Korporativ İdarəetmə Standartlarına yaşıl və dayanıqlılıqla əlaqəli kredit meyarlarının, ekoloji, sosial və idarəetmə (ESİ) üzrə risk idarə tələblərinin daxil edilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir.

Sənədə əsasən, bu addım bankların verdikləri kreditlərdə ətraf mühit və sosial məsuliyyət meyarlarını nəzərə almalarını təmin edəcək: “Eyni zamanda, ESİ Risk Radar layihəsinin həyata keçirilməsi ilə bu risklərin erkən aşkarlanması və monitorinqi sistemi qurulacaq.”

AMB qeyd edib ki, fiziki iqlim risklərinin müəyyənləşdirilməsi planlaşdırılır və keçid risklərinin təsirinin öyrənilməsi üzrə məlumat boşluqlarının aradan qaldırılması məqsədilə Yol Xəritəsi hazırlanaraq icrasına başlanılacaq: “Bu tədbirlər, maliyyə sektorunun iqlim və sosial risklərə qarşı daha dayanıqlı olmasını təmin edəcək və uzunmüddətli sabitliyi dəstəkləyəcək”.

“İqlim dəyişmələrinin və ESİ faktorlarının AMB-nin requlyativ çərçivəsinə inteqrasiyası 2025-ci ilin mühüm fəaliyyət istiqamətlərindən biridir”, – deyə hesabatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər