Azərbaycanda manatla ayrılan banklararası kreditlərin ucuzlaşması 2017-ci ilin oktyabr ayında da davam edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında deyilir.
Manatla kreditlər üzrə orta faiz dərəcəsi oktyabrda daha 0,47 faiz bəndi azalaraq noyabrın 1-nə illik 7,94% təşkil edib. Xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi isə 0,25 faiz bəndi artaraq 9,97%-dən 10,22%-ə yüksəlib.
Qeyd edək ki, 2017-ci il yanvarın 1-nə manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi 10,86%, xarici valyutada banklararası kreditlər üzrə isə 5,42% təşkil edib.