8 C
Baku
Wednesday, November 6, 2024

Azərbaycanda banklararası kreditlər bahalaşıb

Azərbaycanda banklararsı kreditlər üzrə orta faiz dərəcəsi həm manat, həm də valyutada yüksəlib. Bu barədə agentlik Mərkəzi Banka istinadən xəbər verir.

Hesabata əsasən, banklararası manat kreditləri üzrə orta faiz dərəcəsi aylıq müqayisədə 1,09 faiz bəndi artaraq 2016-cı il dekabrın 1-nə illik 7,78%, xarici valyutada isə 0,02 faiz bəndi artaraq 5,44%-ə çatıb.

Bir ildən yuxarı müddətə verilən manat kreditlərinin faizləri isə 4,14 faiz bəndi artaraq dekabrın 1-nə 8,91% , bir ildən yuxarı xarici valyutada olan kreditlər aylıq müqayisədə 0,01 faiz bəndi bahalaşaraq dekabrın 1-nə 4,71% təşkil edib.

Qeyd edək ki, manatla 30-90 günlük kreditlərdə faizlər dəyişməyib və illik 17,42%, xarici valyutada isə ucuzlaşaraq 17,22%-dən 16,54%-ə enib.

Report

Son xəbərlər
Digər xəbərlər