Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb. Bu ilin may ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,68 faiz bəndi azalaraq iyunun 1-nə illik 4,64%, xarici valyutada isə 0,06 faiz bəndi azalaraq illik 4,49%-ə düşüb.
Reportun Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 30-90 günlük kreditlərdə – illik 8,95%, xarici valyutada isə 11,43% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə manatla 1 ildən yuxarı kreditlərdə 1,25%, xarici valyutada bir aylıq kreditlərdə 2,05% olub.