10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bankların ƏDV-dən azad edilməsi təklif olunur

Azərbaycan Banklar Assosiasiyasının (ABA) bu gün keçirilən toplantısında müzakirə edilən təkliflər sırasında kommersiya banklarının müştərilərə göstərdiyi xidmətlərə görə komision haqlarının azaldılması ilə bağlı məszlələr də var. “Report” xəbər veri ki, bunu jurnalistlərə açıqlamasında ABA-nın prezindti Zakir Nuriyev deyib.

Z.Nuriyev problemli kreditlərlə bağlı çıxarılmış məhkəmə qərarlarının daha uzun müddətdə icra edilməsinin kredit risklərinə gətirib çıxardığını qeyd edib: “Problemli kreditlər üzrə məhkəmə prosesinin daha uzunmüddətli olması, çıxarılmış məhkəmə qərarlarının daha uzun müddətə icra edilməsi və bu icra mərhələsinin çox baha olması kredit risklərini artıran səbəblərdəndir. Bu baxımdan, müzakirə etdiyimiz və hökumətə təqdim etməyi düşündüyümüz təkliflərdən biri, həmin icra mərhələsində olan işlər üzrə xərclərin aşağı salınması və optimallaşdırılmasıdır. Çünki mövcud qanunvericiliyə görə, bu xərclər rəsmi olaraq 12% civarındadir. Hansı ki, 5%-lik hərrac xərclərini də üzərinə gəlməklə olduqca böyük bir məbləğ alınır. Eyni zamanda, özgəninkiləşdirilmiş əmlakın reallaşdırılmasından banklar əlavə olaraq 18% ƏDV ödəyir. Bu isə təbii ki, həmin kreditlər üzrə risk marjasını artırmağımıza səbəb olur”.

“Əsas məqsədimiz əlavə dəyər vergisindən azad olmaq və qeyd etdiyim faiz dərəcələrinin çox mühüm hissədə aşağı endirilməsinə nail olmaqdır. Bəzi bu tədbirlər həyata keçirilərsə, bankların kredit faiz dərəcələri avtomatik aşağı düşəcək”, – deyə ABA prezidenti bildirib.

Z.Nuriyev ölkədə uçot dərəcəsinin aşağı salınması və sektordaxili digər məsələlərin müzakirə edilməsi ilə bağlı AMB ilə müzakirələrin aparacaqlarını da qeyd edib.

Son xəbərlər
Digər xəbərlər