8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda bankların aqrar sektora kreditləri 1.5 milyard manatı keçib

2023-cü ilin sonuna Azərbaycan banklarının kənd təsərrüfatına verdiyi kreditlərin qalıq məbləği 1.5 milyard manatdan çox olub.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Əliyar Məmmədyarov Qubada keçirilən 3-cü “Aqrobiznesin İnkişafı Forumu”nda bildirib.

Onun sözlərinə görə, bunun ¼ hissəsi dövlət fondlarının, ¾ hissəsi isə bankların öz vəsaitlərinin hesabına verilib.

“İqtisadiyyatın real sektorunun, o cümlədən kənd təsərüffatının kreditləşməsinin stimullaşdırılması AMB-nin requlyativ siyasətinin prioritetlərindən biridir”, – deyə o qeyd edib.

“Bu ilin yanvar ayında təsdiq etdiyimiz “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” maliyyə sektorunun effektivliyi, dayanıqlılığı və şəffaflığı kimi məqsədlərlə yanaşı sektorun əlçatanlığını özündə ehtiva edir. Sənəd aqrar sektorun dəstəklənməsi üçün alternativ maliyyələşmə mexanizmlərinin genişləndirilməsi, mikro, orta və kiçik müəssisələrə xüsusi diqqət yetirilməsi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin maliyyələşmə imkanlarının genişləndirilməsini hədəfləyir.

Strategiya həmçinin aqrar sığorta sisteminin yenidən dizayn edilməsini, bu əsasda alternativ əməliyyat modellərinin müəyyən edilməsini nəzərdə tutur. Ümumilikdə isə, maliyyə sektoru üzrə həyata keçirilmiş tədbirlər maliyyə sektorunun dərinliyini artırıb. 2023-cü ilin sonuna bankların kredit qoyuluşu qeyri-neft-qaz ümumi daxili məhsuluna (ÜDM) nisbətdə 30%-ə çatıb. Bankların biznes krediti portfeli 16.2% artıb. Biznes portfelində kənd təsərrüfatı sektoruna verilmiş kreditlərin payı əvvəlki illərlə müqayisədə artıb və ötən ilin sonuna 12%-ə çatıb. Son 3 ildə isə bankların aqrar portfeli 62% və yaxud 500 milyon manatdan çox artıb”, – deyə sədr müavini əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər