Bildiyimiz kimi, ölkə banklarında müştərilərə göstərilən ən populyar xidmətlərdən biri pul köçürməlidir. Pul köçürmələ sistemlər bir fiziki şəxsdən digərinə bankda hesab açmadan pulun göndərilməsi və göndərilən pulun qəbul edilməsini təmin edən bir sistemdir. Ölkə banklarının demək olar ki, hamısında bu köçürmə sistemləri mövcuddur. Bunların ən məşhurlarına misal olaraq “Western Union”, “Zolotaya Korona”, “Contact”, “Monex” və s. göstərə bilərik. Adəçəkilən pul köçürmə vasitəsilə əsasən ölkəxarici qismən isə ölkəxarici köçürmələr həyata keçirilir. Misal üçün, Avropa və Amerika ölkələrinə pul köçürmələri zamanı “Western Union”, MDB ölkələrinə köçürmələr zamanı isə “Zolotaya Korona” və “Contact” pul köçürmə sistemləri daha çox tərcih edilir. Bunun səbəbi isə adıçəkilən istiqamətlər üzrə köçürmə komissiyalarının nisbətən daha sərfəli olmasıdır.
Ölkədə fəaliyyət göstərən bəzi Banklar filial və şöbələr ilə təmin olunmuş regionlar arasında köçürmələri həyata keçirmək üçün özlərinin daxili pul köçürmə sistemlərini yaradıblar. Bu sistemlərin yaradılmasında məqsəd ölkədaxili, xüsusən Abşeron və regionlararası pul göndərmə və qəbul etmə əməliyyatlarını sürətli və sərfəli şəkildə təmin etməkdir. Monitorinq qrupumuzun bu dəfəki araşdırmasında məhz bu mövzuya toxunulub. Aşağıda öz filialları və şöbələri arasında pul göndərməyə və qəbul etməyə imkan verən köçürmə sistemləri haqqında məlumatla tanış ola bilərsiniz:
“AccessTransfer“ (AccessBank) pul köçürmə sistemi fiziki şəxslər arasında Respublikanın böyük hissəsini əhatə edən geniş filiallar şəbəkəsi vasitəsilə 1 dəqiqə ərzində pul göndərmək və qəbul etmək imkanı yaradır. AccessTransfer köçürməsi münasib komissiya ilə və qısa zaman müddətində köçürməni alan şəxs üçün əlçantandır. Köçürmələri AZN, EUR və USD valyutasında məbləğ məhdudiyyəti olmadan göndərmək və qəbul etmək olar. Bu köçürmə sistemi üzrə tariflər aşağıdakı kimidir:
“Vektor” (Bank Respublika) pul köçürmə sistemi Bank Respublika filial və şöbələri arasında 3000 AZN-dək vəsaitləri 1 dəq ərzində köçürməyə imkan verir. Köçürmələr yalnız AZN valyutasında həyata keçirilə bilər. Vektor pul köçürməsi “Vektor kart” vasitəsilə həyata keçirilir. Karta köçürülən vəsaiti asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq. Yeni kart pulsuz verilir və tam funksiyalı bank kartı kimi istifadə oluna bilər. Kart üzərindən vəsaitin nağdlaşdırılması zamanı heç bir faiz tutulmur, bu da kart sahibini pulköçürmə əməliyyatı üzrə ikiqat komissiyadan azad edir.
“ManatExpress” (Azərbaycan Beynəlxalq Bankı) pul köçürmə sistemi vasitəsilə Azərbaycan Beynəlxalq Bankı-nın filial və şöbələri arasında maksimum 10 000 AZN-dək vəsaitlərin köçürülməsi və qəbul edilməsini həyata keçrimək mümkündür. Köçürmə sistemində sərfəli komisyon haqları mövcuddur və adından da göründüyü kimi yalnız AZN valyutasında olan köçürmələr aparıla bilər.
“Xəzri” (Kapital Bank) beynəlxalq pul köçürmə sistemi 2007-ci ildə yaradılıb və Azərbaycanla yanaşı 4 MDB ölkəsinə (Rusiya, Ukrayna, Gürcüstan və Tacikistan) də pul göndərmək mümkündür. Köçürmələr AZN / USD / EUR valyutalarında həyata keçirilə bilər. Bir əməliyyat limiti ölkədaxili – 50 000 AZN, 20000 USD; ölkəxarici – 10 000 USD, 9 000 EUR şəklindədir. Kapitalbank ölkə bankları arasında ən geniş xidmət şəbəkəsinə malik bank olduğu üçün bu köçürməni əhata dairəsi baxımından ən qabaqcıl saymaq olar. Həmçinin bu köçürmə xidmətindən ölkədaxili Banklardan bəziləri də (misal: Expressbank, Nikoil Bank, NBC Bank və s.) istifadə edir.
“Unitransfer” Unibanka məxsus Təcili Pulköçürmə Sistemidir. “Unitransfer” 2016-cı ilin iyun ayında yaradılıb və yalnız Unibank daxilində fəaliyyət göstərir. Bu sistemlə Unibankın bir filialından paytaxtda və respublikanın istənilən bölgəsində yerləşən filialına ən qısa müddətdə pul köçürmək mümkündür. Köçürmə AZN/ USD/ EUR/ RUB valyutalarında mümkündür.
“Barat” (Rabitəbank) – Rabitəbanka məxsus pul köçürmə sistemidir. Köçürmələr AZN / USD valyutalarında həyata keçirilə bilər. Banka gəlmədən E-manat terminalı vasitəsi ilə vəsaiti göndərmək imkanı mövcuddur. Göndərilən vəsaiti Rabitəbank-ın istənilən filialından almaq olar.
Yuxarıda qeyd edilən ölkədaxili köçürmə sistemlərinin tarifələri ilə müqayisəli formada aşağıda tanış ola bilərsiniz.
Köçürmə sistemi | Valyuta | Maksimal məbləğ | Tariflər |
AccessTransfer | AZN / USD | Limit yoxdur | Məbləğ Valyuta Tarif
1-3000 AZN/USD 0.4% (min.2 AZN/USD) 3001-6000 AZN/USD 0.3% (min.11 AZN/USD) ≥6001 AZN/USD 0.2% (min.15 AZN/USD) |
Vektor | AZN | 3000 AZN | Məbləğ (AZN) Tarif (filial) Tarif (Vektor kart)
1-300 2 2 301-400 3 2 401-600 4 3 601-700 5 4 701-900 6 5 901-1000 8 6 1001-1500 10 8 1501-2000 13 10 2001-2500 16 12 2501- 3000 20 15 |
ManatExpress | AZN | 10 000 AZN | 0.5% (min.1.5 AZN) |
Xəzri | AZN / USD | 50000 AZN / 20000 USD | 0.8% (min. 1 AZN/USD, maks. 30 AZN/USD) |
Unitransfer | AZN / USD / EUR / RUB | 20 000 AZN / USD / EUR
700 000 RUB |
3000 AZN/USD/EUR-dək – 0,4% (min 2 AZN/USD/EUR)
200 000 RUB-dək – 0,4% (min 200 RUB) 3001 – 20 000 AZN/USD/EUR – 0,3% (min 12 AZN/USD/EUR, max 30 AZN/USD/EUR) 200 001 – 700 000 RUB – 0,3% (min 800 RUB, max 3000 RUB) |
Barat | AZN / USD | Limit yoxdur | Məbləğ Valyuta Tarif
1-300 AZN/USD 1 301-500 AZN/USD 2 501-1000 AZN/USD 3 1001-2000 AZN/USD 7 2001-3000 AZN/USD 10 3001-4000 AZN/USD 15 4001-6000 AZN/USD 20 6001-11000 AZN/USD 25 >11000 AZN/USD 0.20% |