Yaxın perspektivdə Azərbaycanın bank sektorunun strukturu dəyişilməz olaraq qalacaq. bu barədə “Standard & Poor`s” (“S&P”) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin analitikləri bunu Azərbaycan hökumətinin bank sektoruna zəruri dəstəyin göstərməyə hazır olması ilə əlaqələndirir.
“Hazırkı vəziyyət bankların sayının azalmasına səbəb ola bilər. Lakin bankların sayının azalması bank sektorunda rəqabətə təsir etməyəcək”, – deyə analitiklər bildirir.
Məlumatda deyilir ki, bankların aktivlərinin keyfiyyəti pisləşməkdə davam edəcək: “Bu isə bankları daha böyük ehtiyatlar yaratmağa məcbur edəcək. Bu isə, öz növbəsində, kapital bazasının azalmasına gətirəcək”.
APA-Economics