9 C
Baku
Thursday, December 12, 2024

Valyutaya təlabat minumumda: Dollar 5 aylıq anti-rekordunu yeniləyə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) birgə keçirdiyi bugünkü valyuta hərracına çıxarılan vəsait kommersiya bankları tərəfindən tam həcmdə alınmaya bilər. 

Yerli analitika qrupu bildirir ki, aprelin 6-da keçirilən son valyuta hərracında kommersiya bankları hərraca çıxarılan 35 mln. ABŞ dollarının təxminən 7 mln.-luq hissəsini alıb. Bu da onu proqnozlaşdırmağa əsas verir ki, bu gün və ya yaxın həftələrdəki hərraclara çıxarılacaq vəsait ümumiyyətlə satılmaya bilər. Bunun digər bir səbəbi də əhali tərəfindən nağd valyuta bazarına böyük miqdarda valyutanın satışa çıxarılması ilə bağlıdır. Məhz izafi valyuta təklifi nağd valyuta bazarında dolların məzənnəsinin rəsmi məzənnədən xeyli aşağı düşməsinə səbəb olub. Belə ki, bu günə AMB-nin rəsmi məzənnəsi 1,7031 AZN/USD olsa da, nağd valyuta bazarında dolların satış məzənnəsi 1,6500 AZN/USD səviyyəsinə, yəni rəsmi məzənnədən təxminən 3% aşağı düşüb.

Reportun analitik qrupu bugünkü hərracda rəsmi məzənnənin 1,70 AZN/USD səviyyəsindən aşağı düşəcəyini ehtimal edir.

Banker.az-ın araşdırmasına görə, dollar sonuncu dəfə 15-16 moyabrda 1,6954 -1,7039 manat arasında olmuşdur.

Son xəbərlər
Digər xəbərlər