Ölkədə 3 mindən çox bankomat var.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq Bülleteninə istinadən xəbər verir.
Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 2.8% artaraq 3081 olub.
Aylıq müqayisədə isə bankomatların sayı 6 ədəd və ya 0.2% artıb.
Bakıda iyun ayında bankomatların sayı 1604 (artım 2 ədəd), regionlarda isə 1477 (artım 4 ədəd) olub.