Azərbaycanda bank ATM-lərinin sayı artmağa davam edir. Mart ayında daha 3 ATM bank müştərilərinin istifadəsinə verilib. Beləliklə, ölkədəki bank ATM-lərinin ümumi sayı 2 934-ə çatıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, ilin əvvəlindən ümumilikdə 27 yeni ATM istifadəyə verilib.