“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Abşeron, Bərdə, Göygöl, Qəbələ və Masallı rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində sahə baytarlıq mətəqələrinin həkim və feldşerlərinin iştirakı ilə ”Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” mövzusunda təlimlərə start verilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Təlimlərin keçirilməsində məqsəd sahə baytarlıq məntəqələrinin baytar həkimləri və feldşerlərinin bu sahədə bacarıq və vərdişlərinin artırılmasına nail olmaq, əməyin təhlükəsizliyi, həmçinin ətraf mühitin çirklənməsinin qarşısının alınması sahəsində onların müvafiq biliklərə yiyələnməsini təmin etməkdir.
Təlimlərə sahə baytarlıq məntəqələrinin 1 624 baytar həkimi və feldşeri cəlb edilib.
Təlimlər davam etdirilir.