6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bazalt yatağı hərraca çıxarılır

Hərracların Təşkili Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçiriləcək.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki,

Göygöl rayonunda yerləşən “Çaykənd” bazalt yatağının 10,8 hektar sahəsi hərraca çıxarılıb. Adıçəkilən yatağın ilkin start qiyməti 354 800 manatdır. Hərracda iştirak etmək istəyən şəxslər 35 480 manat beh məbləğini ödəməlidirlər.

Hərracda iştirakla bağlı iddiaçılar sənədləri 7 sentyabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında ( https://clck.ru/sYqPW) və “Özəlləşdirmə portalı”nda ( https://clck.ru/sYqRX ) tanış olmaq olar.

Son xəbərlər
Digər xəbərlər