5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bazar və yarmarkalar mövqe itirməkdədir

Azərbaycanda bazar və yarmarkaların pərakəndə ticarət dövriyyəsində payı azalmaqla, yerini ticarət müfəssəllərinə verir.

Banker.az xəbər verir ki, ölkədə bazar və yarmarkalar üzrə pərakəndə ticarət dövriyyəsi cari ilin ilk 3 rübü ərzində 7.05 milyard manat olub. Bu isə öncəki illə müqayisədə  16% azalma olması deməkdir.

Azalmanı koronavirus pandemiyası müddətində bazar və yarmarkalara qoyulan məhdudiyyətlə əlaqələndirmək olar. Lakin, bu azalma öncəki ildə də müşahidə edilmişdi. Belə ki, həmin müddətdə azalma tempi 6.3% olduğu bildirilirdi. Göründüyü kimi bu ilki karantin tədbirləri bazar və yarmarkaların ümumi pərakəndə dövriyyəsindəki payını azaldıb. Bu barədə Banker.az AzStatKom-a istinadla bildirir.

23456789

Hazırda bazar və yarmarkaların ümumi pərakəndədə (28.05 mlrd. manat) 25.1%-ə qədər azaldıb, bu 2019-cu ildə 29.4% idi.

Əvəzində isə, fərdi sahibkarlıq və ticarət müfəssəlləri – “Mall”, ticarət mərkəzləri, supermarketlərin payında artımlar müşahidə edilib.

Fərdi sahibkarlar 14.56 mlrd. manatlıq pərakəndə ticarət dövriyyəsi edib, bu da öncəki illə müqayisədə 2.9% artım deməkdir. Eləcə də, ölkədə fəaliyyət göstərən ticarət müəssələrində artım 8% olmuşdur ki, bu da 6.44 mlrd. manat olması deməkdir.

Fərdi sahibkarların pərakəndə ticarət dövriyyəsində payı son bir ildə 49.7%-dən 51.9%-ə, ticarət müfəssəllərinin payı isə 20.9%-dən 23%-ə yüksəlmişdir.

Son xəbərlər
Digər xəbərlər