10 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda bazara yeni BOKT daxil oldu – MBNP lisenziya verdi

Bundan başqa, Palata Vergilər Nazirliyinin ötən il mayın 3-də dövlət qeydiyyatına aldığı “Birkart” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verib.

Banker.az bildirir ki, bununla da, ölkədə BOKT-ların sayı 46-ya çatıb.

Xatırladaq ki, “Kapital Bank” ASC-yə məxsus kart məhsulu ilə eyni adı daşıyan yeni maliyyə qurumu elə Bankla eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən 66,7% çox – 500 min manat, qanuni təmsilçisi isə Fərid Rəfail oğlu Kərimovdur.

Report

Son xəbərlər
Digər xəbərlər