9 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanda benefisiar mülkiyyətçilərin reyestri aparılacaq

Gələn il Azərbaycanda benefisiar mülkiyyətçilərin reyestri hazırlanacaq.

Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva İşçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, hazırda təsdiqlənmə mərhələsində olan və ya Milli Məclisə təqdim edilmə mərhələsində olan hüquqi aktlardan biri də benefisiar mülkiyyətçilərlə bağlı hüquqi tənzimləmələrin qanunvericiliyə daxil edilməsidir: “Həmin tənzimləmələrin növbəti ildən qüvvəyə minəcəyini gözləyirik və bu istiqamətdə hazırlıq prosesində artıq texniki işlərə başlamışıq”.

S. Musayeva qeyd edib ki, qanun qüvvəyə minən kimi, benefisiar mülkiyyətçilərin reyestrinin aparılması üçün DVX tam hazır olacaq: “Rəqəmsallaşma ilə bağlı qeydiyyat prosesində və sonrakı mərhələlərdə aidiyyəti dövlət orqanları ilə mübadilə edilən məlumatların həcmini genişləndiririk”.

DVX-nın rəis müavini əlavə edib ki, bununla yanaşı elektronlaşma ilə bağlı islahatlar çərçivəsində ərizə formalarında müəyyən dəyişikliklər aparılır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər