Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2248,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft məhsullarının istehsalında neft koksunun istehsalı 61.9 faiz, sürtkü yağlarının
istehsalı 60.5 faiz, avtomobil benzininin istehsalı 39.2 faiz, qazoylların (dizel yanacağının) istehsalı 33.9 faiz artmış, neft bitumu istehsalı 37 faiz, mazut istehsalı isə 93.8 faiz azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında 700.6 min ton avtomobil benzini, 1154.3 min ton dizel yanacağı istehsal edilmişdir.