10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda benzin istehsalı 48% artıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1759.4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25.4 faiz artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft məhsullarının istehsalında neft koksunun istehsalı 73.3 faiz, sürtkü yağlarının
istehsalı 52.6 faiz, avtomobil benzininin istehsalı 47.6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 36.4 faiz artıb.

Bu il neft bitumu istehsalı 38.7 faiz, mazut istehsalı isə 94.6 faiz azalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında 570.8 min ton avtomobil benzini, 923.4 min ton dizel yanacağı istehsal edilmişdir.

Son xəbərlər
Digər xəbərlər