Azərbaycanda avtomobil benzini istehsalının həcmi 2025-ci ilin ilk doqquz ayında öncəki ayla müqayisədə bərpa olunduğu müşahidə edilir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avtomobil benzini ilk üç rübdə 1 milyon 81,3 min ton təşkil etməklə öncəki ildən 1 faiz çox olub.
Buna qədər isə benzin istehsalı öncəki illə müqayisədə 2 faiz aşağı idi.
Dizel istehsalının həcmində isə artım davam edir. Hesabat müddətində Azərbaycanın NEZ-i ümumilikdə 1 milyon 861,9 min ton dizel istehsal edilib.
Avtomobil yanacağı kimi istifadə edilən benzinin alternativi sayılan maye qazlar illik 11 faiz 169,2 min tona yüksəlib.