Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2974,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 70,9 faiz, neft koksunun
istehsalı 37,8 faiz, qazoylların (dizel yanacağının) istehsalı 22,4 faiz, avtomobil benzininin istehsalı 21,3 faiz artmış, neft bitumu istehsalı 33,4 faiz, mazut istehsalı isə 92,3 faiz azalıb.