20 C
Baku
Saturday, May 25, 2024

Azərbaycanda benzin və dizel istehsalı yenidən azaldı – Son 6 ilin statistikası

Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda avtomobil benzini və dizel yanacağının istehsalı ilə bağlı statistik göstəriciləri açıqlayıb.

Banker.az Komitəyə istinadən xəbər verir ki, hesabat dövründə 906.7 min ton benzin, 1445.2 min ton dizel istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 0.9% və 23.3% azdır.

Qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr aylarındakı göstəricilərini 2020-ci ilin göstəriciləri ilə müqayisə etdikdə benzin istehsalında 7.4%, dizel istehsalında 22.1% artım müşahidə olunurdu.

Son 6 ilin yanvar-sentyabr aylarının illik müqayisəsinə nəzər yetirsək, benzin istehsalı 2017-ci ildə 5.1%, 2018-ci ildə 3.7%, 2019-cu ildə 0.9% artıb, pandemiyanın başlangıc ili – 2020-ci ilin ilk 9 ayında isə 6.9% azalıb. Yuxarıda qeyd etdiyimiz kimi, 2021-ci ilin analoji dövründə benzin istehsalı yenidən artsa da, son hesabat dövründə azalma açıqlandı.

Yanvar-sentyabr ayları üzrə illik müqayisələrdə görünür ki, dizel istehsalı 2017-ci ildə 20.9% azalıb, lakin 2018-ci ildə 11.4% artıb. 2019-cu ildə istehsal yenidən 7.7% artsa da, 2020-ci ildə 5.7% azalıb. Yuxarıda qeyd etdiyimiz kimi, bu tendensiya 2021-ci ildə artımla müşahidə olunsa da, bu il yenidən azalma var.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər