27 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda benzin və dizelin istehsalı azaldı

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1160,9 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 7.2 faiz azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə 359.8 min ton həcmində avtomobil benzini, 595.9 min ton dizel yanacağı, 14.1min ton sürtkü yağları, 97.6 min ton neft bitumu istehsal edilib.

Yanacaq mazutunun istehsalı 71.8 faiz artmış, avtomobil benzininin istehsalı 1.6 faiz,
dizel yanacağının istehsalı 23.3 faiz, sürtkü yağlarının istehsalı 25.8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 26.4 faiz, neft koksunun istehsalı isə 33.9 faiz azalıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər