2022-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5.6%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, bu dövrdə avtomobil benzini və dizel yanacağının satışından 2 milyard 528.3 milyon manat gəlir əldə olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.4% çoxdur.