Azərbaycanda beton istehsalçısı xalis mənfəətini artırıb

“Crystal Group of Companies” ASC-yə daxil olan “Crystal Beton” QSC 2025-ci ili 1,95 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 11,2% çoxdur.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.

2025-ci ildə şirkətin ümumi gəlirləri 20,28 milyon manat olub və bu göstərici 2024-cü illə müqayisədə 15,8% azalıb. Satış və xidmət gəlirləri 19,96 milyon manata enərək 15,4% azalıb.

Eyni dövrdə ümumi xərclər 17,85 milyon manat təşkil edib və 19,1% azalıb. Xərclərin gəlirlərdən daha sürətli azalması nəticəsində gəlir-xərc nisbəti yaxşılaşıb.

Xammal və material xərcləri 8,58 milyon manata düşərək 28,6% azalıb, birbaşa istehsal və xidmətlə bağlı sair xərclər isə 3,17 milyon manata enərək 40,2% azalıb.

“Crystal Beton” QSC beton və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər