12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda beynəlxalq avtomobil daşıyıcılarının sayı 200-ü ötüb

Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarında payı və daşıyıcılarının sayı artıb.

Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilir ki, Azərbaycanla ən çox beynəlxalq avtomobil daşımaları həyata keçirilən ölkələr üzrə ikitərəfli avtomobil daşımaları bazarında 4% artım qeydə alınıb. Ötən ilin yanvar – iyun ayları ilə müqayisədə həmin istiqamətlər üzrə həyata keçirilən daşımalarda Azərbaycan daşıyıcılarının iştirakı 6 815 ədəd artıb, xarici daşıyıcıların iştirakı isə 2 234 ədəd azalıb. Qonşu ölkələr üzrə Azərbaycan daşıyıcılarının bazar payı Türkiyə istiqamətində 7.7%, Gürcüstan istiqamətində 10.2%, Rusiya istiqamətində 5.4%, İran istiqamətində isə 7.2% artıb.

2021-ci ilin ilk 6 ayı ilə 2022-ci ilin eyni dövrünü müqayisə etdikdə Azərbaycanda beynəlxalq avtomobil daşımaları bazarının 3.2 faiz böyüməsi müşahidə olunur. Ötən il yerli daşıyıcıların payı 39.5% idisə, 2022-ci ildə bu rəqəm 47% təşkil edir.

Azərbaycan daşıyıcıları 2021-ci ilin ilk 6 ayında 8 242 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2022-ci ilin müvafiq dövründə bu göstərici 12 726 olub. Bu da üçüncü ölkələrə bu xidmətlərin ixracında 54.4% artım deməkdir.

Həmçinin bildirilir ki, ötən ilin ilk 6 ayında daşıyıcıların sayı 71 olduğu halda, bu ilin müvafiq dövründə isə bu rəqəm 204-ə çatıb. Beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı 2021-ci ilin ilk yarısında 2 710 təşkil edib, bu ilin müvafiq dövründə isə 7 208-ə yüksəlib. Hər iki göstərici üzrə 2.7 dəfə artım qeydə alınıb. Ümumilikdə 2022-ci ilin yanvar – iyun aylarında daşıyıcılara 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 29.7% daha çox “İcazə” blankı verilib. Bu da beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının aktivliyinin 22.4% artması deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər