11 C
Baku
Saturday, April 5, 2025

Azərbaycanda Beynəlxalq CEO Günü təsis edilib

25 fevral 2025-ci il tarixində Azərbaycanda keçirilən Global CEO Summit 2025 tədbirində mühüm bir qərar qəbul edilib. HR İnstitutu tərəfindən bu tarix Beynəlxalq CEO Günü kimi təsis edilib.

Banker.az-ın məlumatına görə, yeni təsis edilən bu günün məqsədi biznes dünyasının aparıcı fiqurları olan CEO-ların (baş icraçı direktorların) rəhbərlikdəki rolunu vurğulamaq, onların innovativ idarəetmə bacarıqlarını və iqtisadi inkişafa verdikləri töhfələri qeyd etməkdir.

CEO Summit çərçivəsində keçirilən tədbirdə bir sıra tanınmış biznes liderləri, şirkət rəhbərləri və ekspertlər iştirak ediblər. Onlar yeni günün təsis edilməsinin qlobal biznes mühitində rəhbərlik və idarəetmə sahəsindəki mühüm çağırışlara diqqət çəkmək baxımından əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər
Digər xəbərlər